Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : SAHAR TV
çərşənbə axşamı

8 avqust 2023

14:00:00
1385583

Mərkəzi Asiya ölkələri İran yolu ilə açıq dənizə qovuşur

İran tranzit qovşağına çevrilir

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: İran İslam Respublikası, Özbəkistan və Türkmənistan nəqliyyat dəhlizi yaradacaqlar.

İranın Yollar və Şəhərsalma Nazirliyi və Özbəkistanın Nəqliyyat Nazirliyi, Türkmənistanla nəqliyyat dəhlizinin yaradılması barədə müzakirələr aparıblar.

Bu barədə Özbəkistan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər İran ərazisindən keçən beynəlxalq avtomobil daşımaları üçün rüsumların azaldılması, eləcə də İranın Bəndər Abbas və Çabahar limanlarından istifadə imkanları barədə razılığa gəliblər.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!