Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

6 avqust 2023

20:26:24
1385314

Ukrayna Donetski kaset bombaları ilə vurdu

Donetsk meri Ukraynanın Donetsk vilayətində kaset bombalarından istifadə edərək əks-hücum keçirdiyini açıqlayıb.

Məlumata görə, Donetsk meri Aleksiy Kulemzin Ukraynanın ötən şənbə gecəsi Donetsk vilayətində kaset bombalarından istifadə edərək əks-hücum etməsi nəticəsində 2 nəfərin öldüyünü bildirib.

Aleksey Kolemzin əlavə edib ki, Ukraynanın bu əks-hücumunda Donetsk vilayətinin mərkəzində İqtisadiyyat və Biznes Universitetinin binaları da yandırılıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən (24 fevral 2022-ci il) bu yana Amerika və Avropa Ukraynanı silahlandırmaqla bu hərbi qarşıdurmanın genişlənməsinə və Ukraynanın hücumlarına təkan verdi.

Bununla bağlı ABŞ prezidenti Co Baydenin administrasiyası bu yaxınlarda Ukraynadakı müharibəni bəhanə edərək və 800 milyon dollar dəyərində yeni hərbi paket şəklində bu ölkəyə külli miqdarda Amerika kasetli sursat göndərib.

342/