Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

6 avqust 2023

20:24:29
1385310

İslam İnqilabının Ali Məqamlı Rəhbəri HDQ-nin 86-cı donanmasına müraciət edərək buyurub: "Sizin gördüyünüz iş böyük iftixardır"

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İran İslam Respublikası Ordusunun 86-cı Hərbi Dəniz Eskadronunun dünya açıq sularında uğurlu və şərəfli missiyasını ordunun güclü təşəbbüsü, möhkəm iradəsi, özünə inam, strateji baxış qüvvəsi, inkişaf etmiş hərbi maarifləndirmə, tədbirə söykənən idarəetmə və eləcə də bütün çətinliklər qarşısında şücaət və dözümlülüyün səmərəsi olduğunu bildirib.

İslam İnqilabının Ali Məqamlı Rəhbərin mərkəzi informasiya birosunun verdiyi məlumata əsasən, İslam İnqilabının Müəzzəm Rəhbəri Ayətullahul Uzma Xamenei bazar günü Hərbi Dəniz Qüvvələrinin 86-cı eskadronunun idarə heyəti və onların ailə üzvləri ilə görüşüb. O Həzrət qonaqlarla görüşdə buyurub ki, "Bu böyük hərəkət əldə edilmiş uğurlar, yüksək inkişafa söykənən və gerçəkləşən gözləntilərin bu yolda görülmüş çətinliklərdən və qabağa aparılmış işlərin qəlbən yerinə yetirilməsindən məşə tapır"

Ayətullahul Uzma Xamenei “86-cı eskadranın Dana esminesi və Məkran döyüş dəstək donanmasının xidmət göstərdiyi komanda heyətinin və bu böyük hərakatın layihələndirilməsində, dəstəklənməsində və həyata keçirilməsində rolu olan hər kəsə səmimi təşəkkürünü bildirərək buyurub: "Sizin bugünkü addımınız ordunun və SEPAH-ın son onilliklərdə dəniz sularında yorulmaz fəaliyyətini və göstərdiyi səylərin şirin bəhrəsidir. Burada Dəniz Qüvvələrinin qürür verici şəhidlərinin və hazırkı xidmət edən şərəfli əsgərlərinin fədakarlığı, eləcə də onların hörmətli, əziz ailələrinin əməyi xüsusi qeyd edilməli, onların bu zəhməti layiqincə qiymətləndirilməlidir"

O həzrət, təxminən 8 ayda 65 min kilometr yol qət etməyi İran dənizçilik tarixində misli görünməmiş bir fəxr hesab edərək buyurub ki, " Olduqca əhəmiyyətli və dərin məzmun daşıyan bu hərəkət sıradan və adi bir hərbi dəniz hadisəsi kimi görülməməlidir. Çünki onu formalaşdıran amillərin hər biri diqqətə layiq və örnək daşıyan bir mahiyyət kəsb edir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri hərbi sirlərə yiyələnmək, iradə, etibar və dözümlülük kimi amillərlə yanaşı, 86-cı donanmanın missiyasının uğurunda ailələrin rolunu da xatırladaraq sözlərinin davamında buyurub ki, "narahatlıq və vətən həsrəti qarşısında səbir və dözümlülük, bu sınaq dolu hərəkətdə qürur, ata-anaların və həyat yoldaşlarının daşıdığı qürur hissi bu tarixi hərəkatın əldə edilməsində daha bir təsirli amil olmuşdur"

Həzrət Ayətullahul Uzma Xamenei İran İslam Respublikası Ordusunun 86-cı Dəniz eskadronunun fəxrə layiq yelkənləri altında fəaliyyəti ölkənin beynəlxalq imicini yaxşılaşdırdığını vurğulayaraq, amerikalıların dəniz nəqliyyatında yaratdığı bəzi maneələrə işarə edərək buyurub: " Onların dediyi " filan yerlərdən filan gəmilərin keçməsinə icazə vermirlər" bu ifadə çox yanlışdır. Şünki açıq sular hamıya məxsusdur və dəniz, hava sahəsi bütün millətlər üçün ödənişsiz olmalı, gəmiçilik və dəniz nəqliyyatının təhlükəsizliyi hamı üçün təmin edilməlidir.

İnqilabın Müəzzəm Rəhbəri həmçinin bəyan edib ki, " Bu gün amerikalılar neft tankerlərinə hücum edərək, regionumuzda və digər bölgələrdə dəniz qaçaqmalçılığı qruplarına kömək edirlər. Bu isə, böyük bir qanun pozuntusu və beynəlxalq humanitar qanunların tapdalanmıasıdır"