Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

4 avqust 2023

17:41:56
1384811

Mariya Zaxarova: "Qarabağ sülhməramlılar olmadan yaşaya bilməz"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sülhməramlıların Qarabağdan çıxmaq niyyətində olmadıqlarını vurğulayıb.

M.Zaxarova bildirib ki, Rusiya sülhməramlılarının Dağlıq Qarabağdan çıxarılması ilə bağlı arqumentlər, xüsusən də indiki son dərəcə çətin humanitar vəziyyət fonunda tamamilə anlaşılmazdır. Qarabağ sülhməramlılar olmadan yaşaya bilməz və hamıya məlumdur ki, sülhməramlılar mühüm funksiyaları yerinə yetirirlər”.

Rusiyanın XİN sözçüsü sonra İrəvandan gələn tələblərə də münasibət bildirib. “Doğrudanmı, bu fəaliyyət Ermənistan rəhbərliyi baxımından gərəksizdir, arzuolunmazdır və onlar sülhməramlıların getməsini istəyirlər?”, – deyə M.Zaxarova qeyd edib.

Xatırladaq ki, həm Azərbaycan, həm də Paşinyan hökuməti rusiyalı sülhməramlı kontingentin öz mandatına uyğun davranmadığını düşünür. Üstəlik Azərbaycanda bir çoxları Rusiyanın 2025-ci ildən sonra da bu ölkə ərazisində hərbi qüvvə saxlayacağından narahatdır.

342/