Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

31 iyul 2023

20:36:01
1384052

Müqavimətlə sionistlər arasinda silahli toqquşma baş verib

Cenin və Tubasda müqavimətlə sionistlər arasında silahlı toqquşma baş verib.

Sionist hərbçilərin bu gün səhər saatlarında qərb sahilinin şimalında yerləşən Cenin və Tubas şəhərlərinin bəzi bölgələrinə qarşı basqını zamanı fələstinli müqavimət döyüşçüləri onlarla toqquşublar.

Sionistlər öz ekspansianist məqsədlərinə çatmaq üçün gündəlik surətdə fələstinlilərin müxtəlif bölgələrinə basqın edirlər. Onlar bu zaman fələstinliləri şəhid edir, yaralayır və ya həbsə alırlar. Fələstinlilər də bu cinayətlərə cavab olaraq, anti-sionist əməliyyatlar keçirirlər.

Sionistlər Cenin şəhərinə basqın zamanı fələstinli azadə Şeyx Fəthi Ətumu və fələstinli gənc Rəbii Əlsanurini əsir götürüblər.

Tubasda da fələstinli döyüşçülərlə sionistlər arasında silahlı toqquşma baş verib.

Bu toqquşmalar zamanı indiyədək bir fələstinli gənc ayaq nahiyəsindən yaralanıb.

Qüds və Əlxəlil şəhərlərində də fələstinli gənclərlə sionist qəsbkarlar arasında toqquşmalar barədə xəbərlər daxil olub.

Bu gün səhər saatlarında qərb sahilinin müxtəlif bölgələrinə qarşı hücumlarda yeddi fələstinli həbs edilib.

Bir sionist mənbə də bidiribdir ki, təqribən bir ay bundan öncə Ceninə qarşı ikigünlük hərbi əməliyyatdan sonra ilk dəfə olaraq, sionist rejim ordusu bu gün səhər Ceninə basqın və bir qrup fələstinlini həbs edibdir.

Bununla bağlı, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan İzzəddin Əl-Qəssam batalyonları da bir bəyanatda bildiribdir ki, işğalçı sionist hərbçilərin bu gün Cenin şəhərinə qarşı hücumu zamanı əldəqayırma bombalar və güllələrlə onların hərbi texnikalarını hədəfə alıblar və bu zaman sionistlərin bir ədəd zirehli avtomobili məhv edilibdir.

Digər tərəfdən, fələstinli mənbələr bu gün sionist qəsəbə sakinlərindən bir qrupunun Məscidüləqsaya qarşı hücumu barədə görüntülər yaymaqla bildiriblər ki, bu hücum sionist hərbçilərin güclü himayəsi ilə Babulmuğaribə girəcəyindən həyata keçirilib.