Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar ertəsi

31 iyul 2023

20:34:50
1384049

Dəmir yolu vasitəsilə mal mübadiləsi 63% artıb

İranın Azərbaycanla dəmir yolu vasitəsilə mal mübadiləsi 63% artıb.

İranın “Şimal Dəmiryolu 2” İdarəsinin rəisi Qulamhüseyn Vələdi İranla Azərbaycan arasında Astara sərhəd terminalı vasitəsilə dəmir yolu ilə mal mübadiləsində 63% artım olduğunu bildirib.

Onun bildirdiyinə görə, Astara dəmir yolu terminalı ilə Azərbaycanla ümumilikdə 225 min 982 ton mal mübadiləsi aparılıb ki, bu da ötən il mübadilə edilən 138 min 530 ton malla müqayisədə 63% artım deməkdir.

Əsas tranzit malları un, darı, arpa, buğda, kimyəvi maddələr, çınqıl, sənaye torpağı, odun və taxta olub.

342/