Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
bazar

30 iyul 2023

22:02:39
1383658

Rəisi gənc voleybolçuları Asiya çempionluğu münasibətilə təbrik edib

Prezident Rəisi bir müraciətdə, ölkənin 16 yaşadək oğlanlardan ibarət milli voleybol komandasını Asiya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Seyid İbrahim Rəisi müraciətində bu şərəfli hadisəni İslami İran övladlarının ləyaqətinin növbəti əlaməti və ölkənin perspektivli və layiqli gəncləri tərəfindən uğur zirvələrinin fəth edilməsinin müjdəçisi kimi qiymətləndirib.

Prezident Rəisi bütün məşqçilərin, oyunçuların və gənclərdən ibarət milli komandanın işləri ilə məşğul olan şəxslərin səylərini yüksək qiymətləndirərək, qürurlu İran xalqını və ölkənin idman ailəsini bu dəyərli parlaqlığa görə təbrik edib və Uca Allahdan onların qələbələrinin davam etməsini diləyib. 

İranın 16 yaşadək oğlan voleybolçuları şənbə günü 16 yaşadək oğlanlar arasında voleybol üzrə 2023-cü il Asiya çempionatını ardıcıl yeddi qələbə ilə və məğlubiyyətsiz başa vurdu və çempion olmaqla yanaşı gələn il həmin kateqoriyada keçiriləcək dünya çempionatına da vəsiqə qazandı. 

342/