Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

30 iyul 2023

08:00:00
1383426

Livan Hizbullahının baş katibi: Əgər İsveç və Danimarka hökumətləri bu təcavüzləri dayandırmasalar, dünya bu gənc müsəlmanların Quranın müdafiəsi üçün necə fədakarlıq etməyə hazır olduqlarını görəcək.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA: Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah Aşura günü matəm mərasimi ilə bağlı çıxış edib.

Çıxışına Rəsulullah (s), Əmirəlmöminin (s), Həzrət Zəhra (s), İmam Həsən (ə), İmam Zaman (ə) və İmam Xameneiyə (ə) başsağlığı verməklə başlayan Livan Hizbullahının baş katibi qətiyyətlə bildirib:

“...Qurani-Kərimin təhqir olunmasına gəlincə, deməliyəm ki, bütün dünya başa düşməlidir ki, biz müqəddəslərimizin tapdalanmasına, təhqir olunmasına dözməyən xalqıq.

Danimarkada ötən günlər ərzində Qurani-Kərimin davamlı şəkildə təhqir edilməsi İslam dininə təcavüz etmək və bütün dünyada 2 milyard müsəlmana qarşı təhqir kimi qiymətləndirilir.

İslam ölkələri və onların xarici işlər nazirləri İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasına ləyaqətli şəkildə cavab verməklə bağlı qərar qəbul etməlidirlər.

Müsəlman gənclər öz vəzifələrini yerinə yetirməli, Qurani-Kərimi təhqir edənləri cəzalandırmalıdırlar.  Kiminsə gəlib onların dinini müdafiə etməsini gözləməməlidirlər.

Əgər İsveç və Danimarka hökumətləri bu təcavüzləri dayandırmasalar, dünya bu gənc müsəlmanların Quranın müdafiəsi üçün necə fədakarlıq etməyə hazır olduqlarını görəcək. İslam Əməkdaşlıq Şurası ölkələri də Məscidül-Əqsaya təcavüzə qarşı mövqe nümayiş etdirməyə borcludurlar.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!