Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 iyul 2023

20:57:45
1383320

İranın daxili işlər naziri: İran-Türkiyə əlaqələrinin gücləndirilməsi İslam dünyası və regionun xeyrinədir

İranın daxili işlər naziri Türkiyənin Tehrandakı yeni səfiri ilə görüşündə İran və Türkiyə arasında əlaqələrin gücləndirilməsini bütün İslam dünyası və regionun xeyrinə hesab edib.

Əhməd Vəhidi və Hicabi Kırlanqıç çərşənbə günü Tehranda görüşüb, danışıqlar aparıblar.

Əhməd Vəhidi bu görüşdə iki ölkə arasında mövcud əlaqələr və razılaşmaları xatırladıb və xarici ölkə vətəndaşları, mütəşəkkil cinayətlarlıqla mübarizə və silah qaçaqmalçılığı kimi məsələlərdə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

Vəhidi, həmçinin İran və Türkiyə əlaqələrinin güclənməsini region və İslam dünyasının xeyrinə hesab edib və əlavə edib ki, iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafı regionda sülh və sabitlik mühitini yayacaq və xalqların bir-biri ilə daha çox təmas və əlaqələr qurmasına yol açacaq". 

İranlı nazir Araz çayı məsələsinin əhəmiyyətini vurğulayaraq, iki ölkənin sərhəd vilayətləri arasında əlaqələrin inkişafı üçün işçi qrupunun yaradılmasını təklif edib.

Vəhidi son vaxtlar İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasına toxunaraq, deyib: "Quran-a hörmətsizlik, bütün ilahi dinlərə hörmətsizlikdir. İran və Türkiyə İslam dünyası və regionun iki mühüm qanadıdır, amma Qərb və ABŞ İslam dünyasının inkişaf etməsini istəmir".

O, söhbətinin başqa bir hissəsində regionda xarici ölkələrin mövcudluğunu qeyri-sabitliyin səbəbi kimi qiymətləndirərək, vurğulayıb ki, region dövlətləri xarici ölkələrə ehtiyac duymadan mövcud əlaqələri gücləndirməklə regional problemləri həll etməyə çalışmalıdırlar.

Hicabi Kırlangıç isə öz növbəsində bildirib ki, Türkiyə ilə İran arasında əlaqələrin tarixi, mədəni və ənənəvi ortaqlıqlara görə uzunmüddətli və dostluq münasibətləri olduğunu qeyd edib.

Türkiyə səfiri ölkəsinin İran ilə müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb.

O, həmçinin sərhəd ticarəti, təhlükəsizlik, vətəndaşların gediş-gəlişi və terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyəti gücləndirməyə çağırıb.

Hicabi Kırlanqıç, həmçinin bu ilin əvvəlində baş vermiş zəlzələ zamanı Türkiyə hökumətinə və xalqına kömək etdiyinə görə İran İslam Respublikasına təşəkkür edib.