Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 iyul 2023

20:56:08
1383317

Alman deputatları Laçın dəhlizinin blokadasını pisləyiblər

Alman deputatları Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadada saxlanmasını pisləyərək onun təcili açılmasını tələb ediblər.

Bundestaqın üzvü Renata Alt bununla bağlı tvitində yazıb: “Ermənistandan Dağlıq Qarabağa humanitar yardım köçürməsinin belə qeyri-mümkün olması faktı qəbuledilməzdir. Vəziyyətin gərginləşməməsi üçün Azərbaycana təzyiq etmək lazımdır”.

Almaniya Federal Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz, Moldova Respublikası və Mərkəzi Asiya ilə cəmiyyətlərarası əməkdaşlıq üzrə koordinatoru Robin Vaqener isə Dağlıq Qarabağda humanitar vəziyyətin dərinləşdiyini iddia edib. “Bütün tədbirlər yerli əhalinin rifahına əsaslanmalıdır və biz bunu rəhbər tutmalıyıq. Bura insanların və yüklərin, o cümlədən Laçın dəhlizinin fasiləsiz və təhlükəsiz daşınma marşrutlarına zəmanət daxildir”.

Bundestaqın üzvü, Xarici Əlaqələr Komitəsinin üzvü Merle Spellerberq də vurğulayıb ki, insan həyatı geosiyasi rıçaqlara çevrilə bilməz.

342/