Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 iyul 2023

20:55:44
1383316

Ərdoğan İranla həmkarlıqların genişləndirilməsinə təkid edib

Türkiyə prezidenti İranın Ankaradakı yeni səfirinin etimadnaməsinin alınması mərasimində islamofobiya və terrorizmlə mübarizədə İran-Türkiyə əməkdaşlıqlarının artırılmasını istəyib.

Türkiyə prezidenti bu görüşdə Məhərrəm ayı və Hüseyn Aşurasının gəlib çatmasına işarə ilə/ Aşuranı müsəlmanların bərabərliyi simvolu və islami cəmiyyətlərin birliyi üçün bir fürsət adlandırıb.

Türkiyə prezidenti sonra İran İslam Respublikası ilə Türkiyə arasında müxtəlif həmkarlıq zəminlərinə toxunub və iqtisadi və ticari həmkarlıqların genişləndirilməsinin önəmini vurğulayıb.

İki ölkə arasında otuz milyard dollarlıq ticarətin reallaşmasını əlçatan adlandıran Ərdoğan iki ölkə rəsmilərinin ticarət maneələrinin aradan qaldırılması və sözügedən rəqəmin reallaşmasına səy göstərmələrini istəyib.

Türkiyə prezidenti həmçinin islamofobiya və terrorizmlə mübarizə, eləcə də İslam Dünyasının birliyi sahələrində iki ölkə həmkarlıqlarının genişləndirilməsini istəyib.

Rəcəb Tayyıp Ərdoğan bu görüşdə İslam İnqilabının Böyük Rəhbəri və İran prezidentinə öz səmimi salamlarını təqdim edib.

Ərdoğan habelə cənab Rəisiyə Türkiyəyə səfər dəvətinin edilməsinə işarə/ və Türkiyə xarici işlər nazirinin Tehrana olacaq qarşıdakı səfərindən razılıq ifadə edib.

İranın Ankaradakı yeni səfiri- Məhəmməd-Həsən Həbibullahzadə də öz növbəsində Hüseyn Aşurası günləri münasibətilə başsağlığı verib və qarşılıqlı münasibətlərin genişləndirilməsi üzrə proqramlarını Türkiyə prezidenti üçün şərh edib.

O, belə söyləyib: İki ölkə orqanlarının əsas iş gündəmləri, münasibətlərin/ xüsusən iqtisadi və ticari sahələrdə genişləndirilməsidir. Eyni zamanda, ikitərəfli, regional və beynəlxalq siyasi məsələlərdə əməkdaşlıq və məşvərət də/ təqib ediləcək ən mühüm mövzulardan olacaqdır.

Həbibullahzadə iki ölkənin terrorizmlə mübarizə, habelə İslam Dünyası, Fələstin, Qafqaz, dördtərəfli dialoqlar, Astana prosesi də daxil olmaqla siyasi sahədəki məşvərət və həmkarlıqları üzrə geniş spektrə işarə/ və iki mühüm ölkə olan İran və Türkiyənin regional məsələlər barədəki anlaşmalarının dərinləşdirilməsinə təkid edib.

Qurani-Kərimə hörmətsizlik qarşısında bir qrup islami ölkənin, o sıradan İran və Türkiyənin birgə mövqelərini yüksək dəyərləndirən İran səfiri dini müqəddəslərə qarşı hörmətsizlik və islamofobiya prosesi ilə mübarizə üçün müsəlmanların birlik və həmrəyliklərinin gücləndirilməsini zəruri adlandırıb.

342/