Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

29 iyul 2023

20:55:22
1383315

Danimarka XİN rəhbəri Qurani-Kərimin təhqir edilməsini pisləyib

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında onun hökumətinin dini müqəddəsliklərə qarşı istənilən təhqiri və söz azadlığından sui-istifadəni pislədiyini vurğulayıb.

Danimarkada İslam müqəddəslərinə qarşı edilən hörmətsizliyin təkrarlanması fonunda bu ölkənin xarici işlər naziri Lars Lokke Rasmussen çərşənbə günü axşam saatlarında İranın xarixi işlər naziri Hüseyn Əmir Abdullahian ilə telefon danşığı aparıb.

Danimarka xarici işlər naziri Qurani-Kərimin təhqir edilməsindən təəssüfləndiyini bildirib və deyib: “Danimarka müqəddəs Qurani-Kərimə hörmətsizlik edən istənilən hərəkəti qətiyyətlə pisləyir”.

Rasmussen qeyd edib ki, Danimarka konstitusiyasının əsas sütunu söz, din və dinc nümayiş azadlığı olsa da, bəziləri bundan sui-istifadə edir ki, onlar bunu qəbuledilməz hesab edirlər”.

Danimarkanın baş diplomatı əlavə edib: “Heç kim Danimarka xalqının Qurana hörmətsizlik edən azsaylı insanlar kimi olduğunu düşünməməlidir”

Əmir Abdullahian da öz növbəsində Danimarkanın telefon danışığı təşəbbüsünü və Danimarka hökumətinin bu hərəkəti qınayan mövqeyini təqdirəlayiq adlandırıb və Quranı təhqir edənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

İranın ali diplomatı son vaxtlar Qurani-Kərimin təhqir olunması hallarını pisləyib və deyib: “Söz azadlığı elə bir şey deyil ki, onun çərçivəsində dini dəyərlər hədəfə alınsın və hücuma məruz qalsın. Buna görə də, cahillik dövrünün xatirəsini yada salan bu cür təhqiramiz və alçaq hərəkətlərin təkrarlanması ən sərt şəkildə pislənir”.

 O, Quranın təhqir edilməsinin təkcə müsəlmanların deyil, həm də bütün İbrahimi dinlərin ardıcıllarının hisslərini incitdiyini və bunun üçün BMT-nin bu yaxınlarda qətnamə qəbul etdiyini bildirib.

İranlı nazir daha sonra deyib: “Müqəddəs Qurani-Kərimin təhqir edilməsi kimi mənfur fenomenin təkrarlanmasını və diplomatik kanallar vasitəsilə Danimarkaya edilən xəbərdarlıqları nəzərə alaraq, Danimarka hökumətindən məsuliyyət hissi ilə və təqsirkarların ağır cəza ilə məsuliyyətə cəlb edilməsi üçün təsirli tədbirlərin görülməsi ilə bu cür davranışların təkrarlanmasının qarşısını alması ciddi şəkildə gözlənilir”.

Telefon danışığında tərəflər mövcud ikitərəfli münasibətlərin qorunub saxlanılmasının və gücləndirilməsinin vacibliyini vurğulayıblar.

342/