Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

26 iyul 2023

16:46:45
1382662

“İran bankının bağlanması planlaşdırılmır”

Tale Kazımov İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırılmasına aydınlıq gətirib.

"İran Milli Bankının Bakı filialının lisenziyasının ləğv edilməsi nəzərdə tutulmur".

Bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Tale Kazımov İran Milli Bankının Bakı filialının fəaliyyətinin məhdudlaşdırılmasına da aydınlıq gətirib:

"Filialda yoxlamalar aparılıb və bəzi nöqsanlar aşkar edilib. Bununla əlaqədar orada əməliyyatlar məhdudlaşdırılıb. İran bankının bağlanması planlaşdırılmır, çünki bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır, nöqsanlar aradan qaldırdıqdan sonra normal fəaliyyətini davam etdirə bilər", - deyə o qeyd edib.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Bu ilin may ayından filialın fəaliyyəti məhdudlaşdırılıb.

342/