Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

26 iyul 2023

16:45:10
1382658

BMT müqəddəs kitablara hörmətsizliyi pisləyib

BMT Baş Assambleyası sədrinin sözçüsü deyibdir ki, assambleya dinlərarası dialoqun yayılması haqda qətnamə qəbul edib.

Müqəddəs kitablara qarşı hər hansı hərəkətdən son dərəcə təəssüf ifadə edən qətnamə bu kimi hadisələri beynəlxalq qanunların pozulması adlandırır.

“Dinlər və mədənəiyyətlərarası dialoqun yayılması və nifrət təşviq edən sözlərlə mübarizədə tolerantlıq” adlanan bu sənədin malik olduğu bir bənd dinləri və əqidələrinə əsasən, şəxslərə qarşı bütün kobud hərəkətlərə, həmçinin onların əleyhinə olacaq hər hansı əmələ görə, son dərəcə təəssüf ifadə edir. Bu bənd dini simvollara, müqəddəs kitablara, mənzillər, peşələr, mülklər və məktəblərə, habelə mədəniyyət mərkəzləri və ibadət yerlərinə, eləcə də  ziyarətgahlar və dini məkan və məhəllələrə hər hansı hücumdan da son dərəcə təəssüf ifadə edir.

BMT Baş Assambleyasının 76-cı sessiyasının sözçüsü Paolina Kubiak daha sonra belə söyləyib: İspaniya nümayəndəsi xahiş etdi ki, sonuncu sözlər, yəni “beynəlxalq qanunları pozan” ifadəsi mətndən götürülsün, amma digər ölkələr bu fikirlə razılaşmadılar.

Kubiak qeyd edibdir ki, qətnamə böyük səs əksəriyyətilə qəbul edilib.

342/