Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
çərşənbə axşamı

25 iyul 2023

18:03:46
1382326

Söz azadlığı bəhanəsi müsəlmanların müqəddəslərinə hörmətsizliyə lisenziya olmamalıdır

İran xarici işlər naziri Serbiya Respublikası parlamentinin sədri ilə görüşdə deyib: Biz səmavi kitablara hörmətsizliyi pisləyirik. Bu qənaətdəyik ki, söz azadlığı bəhanəsi ilə müsəlmanların müqəddəslərinə və ilahi dinlərin davamçılarına qarşı hörmətsiz hərəkətlərə yol verilməməlidir.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və Serbiya Respublikası parlamentinin sədri Vladmiri Orliç keçirdikləri görüşdə ikitərəfli əməkdaşlıqlar sahəsində iki ölkəni maraqlandıran mövzuları müzakirə ediblər.

İran xarici işlər naziri bu görüşdə həmçinin İsveç və Danimarkada Qurani-Kərimə hörmətsizliyi dünyada iki milyard müsəlmanın emosiyalarının pozulması amili adlandırıb və belə qeyd edib: Biz səmavi kitablara qarşı hörmətsizliyi pisləyirik və bu qənaətdəyik ki, söz azadlığı bəhanəsi ilə müsəlmanların müqəddəslərinə və ilahi dinlərin davamçılarına qarşı hörmətsiz hərəkətlərə icazə verilməməlidir.

Serbiya Respublikası parlamentinin sədri də öz növbəsində onun ölkəsinin ərazi bütövlüyü və suverenliyinə dəstək istiqamətində yürütdüyü prinsipial siyasətinə görə, İran İslam Respublikasına təşəkkür edib.

Vladmiri Orliç həmçinin  İran İslam Respublikasının prezidenti, İslam Şurası Məclisinin sədri və bəzi iranlı nazirlərlə olan görüşlərini səmərəli adlandırıb,/ Serbiya hökuməti və parlamentinin// İran İslam Respublikası ilə hərtərəfli münasibətlərin yüksəldilməsi üzrə iradələrinə təkid edib.

İki ölkə parlamentlərinin əməkdaşlığını müsbət dəyərləndirən Orliç, söyləyib: İran İslam Respublikası ilə münasibətlərin önəminə görə, Serbiya parlamentindəki İranla parlament dostluğu qrupu, çoxsaylı dostluq qruplarından sayılır.

342/