Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

25 iyul 2023

14:35:00
1382192

Seyyid Həkim Qurani-Kərimin təhqir olunmasına qarşı BMT-ni qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İraqın milli hikmətinin lideri Danimarkada Qurani-Kərimin təhqir olunmasına cavab olaraq, Təhlükəsizlik Şurası və BMT-dən Qurani-Kərimin təlimlərinə uyğun olaraq qətiyyətli mövqe tutmağı xahiş edib.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İraq Milli Hikmət hərakatının rəhbəri Seyid Əmmar Həkim bəyanat yayaraq, İsveçdə və Danimarkanın paytaxtı Kopenhagendə bu ölkənin səfirliyi qarşısında Qurani-Kərimin yandırılmasını şiddətlə pisləyib.

Seyid Əmmar Həkim İsveç və Danimarka rejimlərinin çirkin hərəkətin təkrarlanmasına, habelə ekstremist və anti-islam qruplaşmasına İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini və İraq bayrağını yandırmağa icazə verdiyini məhkum edib.

O, Danimarkada Qurani-Kərimin təhqir olunmasına cavab olaraq, Təhlükəsizlik Şurası və BMT-dən Qurani-Kərimin təlimlərinə uyğun olaraq qətiyyətli mövqe tutmaqlarını xahiş edib.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!