Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar

23 iyul 2023

10:30:00
1381671

Danimarka səfiri Yasper Var İran Xarici İşlər Nazirliyinə çağırılaraq töhmət alıb

İİR XİN-i: Qurani-Kərimə həm od vuran insanlar, həm də passiv davranışları ilə bu cür anti-mədəni hərəkətlərə imkan verən hakimiyyətlər cavab verməlidirlər!...”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Kopenhagendə Qurani-Kərimin təhqir olunmasından sonra Danimarkanın səfiri Yasper Var Qərbi Avropanın baş direktoru tərəfindən İİR Xarici İşlər Nazirliyinə çağırılaraq töhmət alıb.

Qərbi Avropanın baş direktoru bildirib: “Avropada kitab yandırılması cəhalət dövrünün və orta əsrlərin qaranlıq atmosferini xatırladır.

Kitab yandırmaq fikir azadlığının sonu deməkdir və belə bir iyrənc mədəni cinayət qarşısında susmağın zorakılıqdan, terroru təşviq etməkdən və təbliğ etməkdən başqa bir nəticəsi yoxdur.

Düşüncəyə od vurmaq müqəddəs azadlıq anlayışı ilə əsaslandırıla bilməz. Ona görə də həm od vuran insanlar, həm də passiv davranışları ilə bu cür anti-mədəni hərəkətlərə imkan verən hakimiyyətlər cavab verməlidirlər!...”

Danimarka səfiri vəziyyəti ən qısa zamanda ölkəsinin paytaxtına çatdıracağını bəyan edib.

 

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!