Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
şənbə

22 iyul 2023

16:21:15
1381436

Zaxarovadan Ərdoğana cavab gəldi

Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğanın son günlər Rusiya Sülhməramlılarının 2025-ci ildən sonrakı vəziyyətinə toxunması və dolayısı ilə onların Azərbaycan Respubliksı torpaqlarını tərk edəcəkləri mövzusuna diqqət çəkməsi Rusiyanın reaksiyasına səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidentinin sülhməramlıların 2025-ci ildə Qarabağı tərk etməsi barədə açıqlamasına bir cümlədə cavab verib: “Ankara üçtərəfli bəyanatın tərəfi deyil.”

Zaxarovanın bu cavabı Rusiyaya görə Türkiyənin bu mövzuda hərhansı söz sahibi olmadığını vurğulamsından əlavə dolayısı ilə, Rusiyanın 5 illik müddət sona çatdıqdan sonra da Qarabağı tərk etmək niyyətində omamasına eyham vurmuş olub. 

10 noyabr 2020-ci il üçtərəfli bəyanatın bir çox qaranlıq cəhətləri var və onlardan biri də, Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlıdır. Azərbaycan Respublikasında Rusiya Sülhməramlılarına ciddi bədbinlik var və qeyd olunur ki,  ötən iki il yarım müddətində Rusiya Sülhməramlıları separatçı erməniləri dəstəkləməklə Qarabağdakı ermənilərin Azərbaycan Respublikasına reinteqrasiyasıba mane olub və hətta onların daha da uzaqlaşmasında maraqlıdır. Bu isə Moskvanın Qarabağda öz fəaliyyətini davam etdirmək niyyətində olduğuna əsas verir.


342/