Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
cümə axşamı

20 iyul 2023

21:57:23
1380925

Yeni Zelandiyada atışma nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Yeni Zelandiyanın Oklend şəhərində atışma baş verib, nəticədə 2 nəfər ölüb, azı 6 nəfər yaralanıb.

Məlumata görə, ölənlərin olması barədə də məlumat var, lakin polis hələ bunu təsdiqləməyib.

Jurnalistlərin məlumatına görə, üç yaralının vəziyyəti ağırdır.

Ölkənin Baş naziri Kris Hipkins bildirib ki, insident nəticəsində 2 nəfər ölüb. Ölənlərdən biri hadisəni törədən silahlı şəxsdir.

Oklend meri Ueyn Braun hadisəni törədən silahlının öldürüldüyünü desə də, polis bu məlumatı hələ təsdiqləməyib.

342/