Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
cümə axşamı

20 iyul 2023

12:00:00
1380789

Ayətullah Vahid Xorasani: Bu il Məhərrəm və Aşura matəmləri əvvəlki illərdəkindən iki dəfə artıq keçməlidir

Həzrət Ayətullah Vəhid Xorasani: Hər mərasimə Ali Yasin ziyarəti ilə başlayın. Və hər gün İmam Zamana (əleyhi səlam) Yasin surəsini hədiyyə etməyi unutmayın.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,  Ayətullah Hüseyn Vahid Xorasani İmam Hüseyn (əleyhi səlam) əzadarlarına müraciət edib.

Müraciətin tam mətni belədir:

 

Rəhman və Rəhimli Allahın Adı ilə

Bütün dini heyətlərə salamlarımı göndərin; Onlara çatdırın ki, bu il Məhərrəmlik və Aşura əzadarlığı əvvəlki illərdəkindən iki dəfə artıq keçirilməlidir.

Dünyanın hər yerində matəm dəstələri səhnəyə çıxmalıdır ki, Həzrəti Siddiqə Kübranın qəlbinə məlhəm olsun. Məhz bu əzadarlıqlarla Allah bizə müsbət rəy verir.

Amma Qumda bəzi əzadarlıq dəstələrinin bu və ya qeyri səbəblər üzündən Həzrət Məsumənin (s.ə) hərəminə gəlməyəcəyi xəbəri yayılıb. Ziyarətgahın mərkəzliyi istənilən şəkildə qorunmalıdır. Bütün yas dəstələri bu ziyarətgaha gəlməlidir. Mərkəz Həzrət Məsumənin (ə) hərəmidir.

Öpürəm bütün yas tutanların, sabah ki, həzrət-qiyamət günüdür, öz əməklərinin qarşılığını görəcəklər. İnsanların güzəranının çətinləşdiyi bu günlərdə pulunu ehsan verməyə xərcləyə bilənlərin savabı sözlə ifadə olunmazdır.

Hər mərasimə Ali Yasin ziyarəti ilə başlayın. Bu günlərdə İmam Zamana (əleyhi səlam) hər gün Yasin surəsini hədiyyə etməyi unutmayın ki, qoy bizə nəzər etsin.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!