Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : APA
çərşənbə

19 iyul 2023

09:21:00
1380495

Rusiya qoşunları Xarkov vilayətində dəmiryolu stansiyasını ələ keçirib

Rusiya MN sözçüsü: "Hücum bölmələri Xarkov vilayətindəki Molçanovo dəmiryol stansiyasını ələ keçirib".

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Rusiya qoşunları Ukraynanın Xarkov vilayətində dəmiryolu stansiyasını ələ keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov bildirib.

O, Rusiya qoşunlarının Kupyansk istiqamətində Molçanovo dəmir yolu stansiyasını ələ keçirdiyini söyləyib.

"Hücum bölmələri Xarkov vilayətindəki Molçanovo dəmiryol stansiyasını ələ keçirib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!