Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

18 iyul 2023

14:10:00
1380265

Əmir Abdullahian: İran Əfqanıstanla bağlı BMT ilə əməkdaşlığa hazırdır

İran İslam Respublikasının Xarici İşlər Naziri İİR-ın Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatına əsaslanan regional təşəbbüsləri icra etməyə hazır olduğunu açıqlayıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,  İran İslam Respublikasının Xarici İşlər Naziri İran İslam Respublikasının Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatına əsaslanan regional təşəbbüsləri icra etməyə hazır olduğunu açıqlayıb.

Cənab Nazir Hüseyn Əmir Abdullahian Birləşmiş Millətlər Təşkilatının baş katibinin Əfqanıstan məsələlərinin qiymətləndirilməsi üzrə xüsusi koordinatoru Fereydon Sinirlioğlu ilə görüşündə bu vəzifəyə təyin olunmasından məmnunluğunu ifadə edərkən, İnklüziv hökumətin formalaşdırılması və Əfqanıstanda terrorizmlə mübarizə və Əfqanıstanın problemlərinin həllinə kömək etmək üçün regional təşəbbüsləri, xüsusilə qonşuluq çərçivəsini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

İİR XİN-i əlavə edib: “Əfqanıstanın təcili həll yollarına ehtiyacı var və beynəlxalq ictimaiyyət bu ölkənin terror qruplaşmalarının hərəkətləri nəticəsində yaratdığı təhlükəsizlik çağırışlarına ciddi diqqət yetirməsə, onun mənfi nəticələri regiona və dünyaya təsir edəcək.”

 

 


Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!