Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

17 iyul 2023

20:18:44
1380103

Ankaranın ümidləri puça çıxa bilər

Avropa İttifaqı Türkiyənin üzvlük prosesini sürətləndirmək üçün heç bir addım atmaq niyyətində olmadığını gizlətmir.

Bu barədə Hürriyyət qəzeti yazıb ki, Türkiyə Aİ üzvlüyünün strateji məqsəd olduğunu bəyan etməkdə davam etsə də, bu proses uzun illərdir ki, dalana dirənib, hətta danışıqlar faktiki olaraq dayanıb. Aİ indiki şəraitdə bu istiqamətdə heç bir addım atmaq niyyətində deyil və bunu gizlətmir.

Bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib ki, İsveçin NATO-ya daxil olması Türkiyə Aİ-yə qəbul edilməsindən asılı olacaq. Bu bəyanatdan sonra NATO baş katibi Yens Stoltenberq deyib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini Türkiyə parlamentində ratifikasiya etmək üçün sənədləri "mümkün qədər tez" göndərməyə razılaşıb.

Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb, 1987-ci ildə isə ittifaqa üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.

342/