Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

17 iyul 2023

20:17:53
1380101

Üç ölkənin elektrik şəbəkələri sinxronlaşdırılıb

İran İslam Respublikası Azərbaycan vasitəsi ilə Rusiyaya elektrik ixracını planlaşdırır.

Bunu İranın energetika naziri Əli Əkbər Mehrabiyan deyib.

Ə.Mehrabiaynın sözlərinə görə, Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparmaq daha sadədir.

Onun sözlərinə görə, elektrik şəbəkələri sinxronlaşdırılıb, lakin mühafizə relelərinin bir-biri ilə tənzimlənməsinə ehtiyac var.

İranlı nazir qeyd edib ki, hazırda İranda elektrik istehlakı gün ərzində 72,5 min meqavat saatdır və qış fəslində 30 min meqavata yaxın elektrik ixrac edə bilər.

“İranın elektrik şəbəkəsi Azərbaycan vasitəsi ilə Rusiyaya birləşərsə, İranda elektrik istehlakının pik vaxtının yayda, Rusiyada isə elektrik istehlakının pik vaxtının qışda olduğunu nəzərə alaraq İran yayda Rusiyadan elektrik idxal edə, qışda isə Rusiyaya elektrik ixrac edə bilər”, - deyə o qeyd edib.

Xatırladaq ki, İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılması layihəsi üzərində işlər aparılır. Məqsəd üç ölkənin elektrik şəbəkələrinin sinxron edilməsidir.

342/