Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

17 iyul 2023

20:16:30
1380098

Müharibəni uzadan ABŞ , Ukraynanın gələcəyini NATO-da görür!

Ukraynanın gələcəyi NATO-dadır - Sallivan

Ukraynanın gələcəyi NATO-dadır və bu müzakirə mövzusu deyil.

bunu "CBS News"a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

"Ukraynalılar cənub və şərqdə sərhədlərində cəsarətlə irəliləyirlər. Onlar Rusiya qoşunlarına böyük ziyan vururlar", - o bildirib.

Sallivan vurğulayıb ki, Qərb sanksiyaları sərtləşdirməyə davam etmək, Rusiyanın müdafiə və sənaye bazasını zəiflətmək, onun qabaqcıl texnologiyalar istehsal etmək qabiliyyətini zəiflətmək istəyir.

"Biz Rusiyaya iqtisadi təzyiqi davam etdirəcəyik, ukraynalılar isə Rusiyaya hərbi təzyiqləri davam etdirəcək” , - deyə o qeyd edib.

Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirərək, Kiyevə hər cür yüngül və ağır silahlar verməklə, Ukraynada müharibənin sona çatması istiqamətində nəinki addım atmayıb,bəlkədə bu ölkədə münaqişələri alovlandırıb.

Rusiya rəsmiləri, bəzi Qərb ekspertləri və mediası Ukraynadakı müharibəni Qərblə Rusiya arasında Proksi-savaş (vəkalət savaşı )kimi qiymətləndirib.

Rusiya dəfələrlə bildirib ki, Qərb silahlarının Ukraynaya göndərilməsi bu ölkədəki münaqişəni yalnız uzadacaq və gözlənilməz nəticələrə gətirib çıxaracaq.

342/