Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

17 iyul 2023

20:16:06
1380097

Azərbaycan və Rusiya arasında gərginlik artır

Qərb, sionist rejim, Türkiyə və Avropa İttifaqının “Bakı ilə İrəvan arasında sülh” adı altında planlarını icraya qoymağa çalışmaları Rusiya tərəfindən hiddətlə qarşılanıb.

Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü ərəfəsində Türkiyə prezidenti Ərdoğan Rusiyanın sülhməramlı qüvvələrinin 2025-ci ilə qədər Dağlıq Qarabağdan çıxarılmasını tələb etmişdi! İndi Brüsseldə əldə olunmuş razılaşmanın da məzmunu dolayısı ilə Rusiyanın Cənubi Qafqazda, xüsusən də Dağlıq Qarabağda varlığına qarşı olduğundan Kreml rəhbərliyi Əliyev hakimiyyətinə qarşı təzyiqlərini artırmaq qərarına gəlmişdir.

Rusiya Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda Azərbaycan rəhbərliyindən istənilir ki, Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətin bərpası üçün dərhal addımlar atsın. Çünki “Dağlıq Qarabağ ətrafında vəziyyət mənfi ssenari” üzrə inkişaf edir və “Ərazidə humanitar böhran getdikcə dərinləşir”.

Ola bilsin ki, Rusiya Cənubi Qafqaza nəzarət üstündə kəskinləşən rəqabətdə Qarabağ kartından faydalanmaq niyyətindədir və rəsmi Bakının itaətsizliyinə cavab olaraq təsir rıçaqlarını işə salmaq niyyətindədir. Qarabağ ermənilrinin 44 günlülk müharibədən sonra nə dərəcədə Rusiyanın əlində bir alətə çevrildiyini nəzərə alsaq, bu faktorun özü Əliyev hakimiyyətini – necə deyərlər – yola gətirməyə kifayət edəcəkdir.

Məhz bu istiqamətdə Xankəndidə separatçıların müddətsiz mitinqlərə başlaması təsadüfi ola bilməz.

Aydın məsələdir ki, Qarabağ erməniləri Azərbaycana inteqrasiyadan çəkinir və açıq şəkildə bu ölkənin tərkib hissəsi olmadıqlarını iddia edirlər. Onlar bu tezis əsasında hətta Ermənistan hökumətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığına xatir meydan oxuyurlar. Uzaq perspektivdə isə referendum yolu ilə üzdəniraq müstəqil subyekt olaraq Rusiya Federasiyasının tərkibinə keçməyi hədəfləyə bilərlər ki, bu Əliyev hökumətinin Dağlıq Qarabağla bağlı bütün təbliğatlarının üstündən qırmızı xətt çəkə bilər.

Əslində Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatı da Bakıya bir növ xəbrdarlıq kimi xarakterizə oluna bilər, çünki sənəddə Mokvanın Qarabağ ermənilərinin talryinə biganə qalmayacağına eyham vurulur.

Bununla da Əliyev hakimiyyətinə mesaj verilir ki, Rusiya istənilən halda regiondan kənar dövlətlərin oyununu pozmağa hazırdır və separatçıların maraqları təmin olunmalıdır.

Təbii ki, bu mesaj öz ünvanına dəqiq surətdə çatıb və Azərbaycan tərəfi Putindən gileylənərək bildirib ki, “bu bəyanat Azərbaycanla Rusiya arasındakı müttəfiqlik bəyannaməsi və Rusiya prezidentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir”.

Hətta Moskvaya məcburən izahat verilir ki, “Laçın yolundan son bir neçə ay ərzində yüzlərlə erməni sakinin şəffaf şəkildə keçidi təmin olunub və gələcəkdə Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyacları qarşılana bilər”.

Görünür, Azərbaycan hakimiyyəti özünü çıxılmaz vəziyyətdə gördükdə əvvəlki mövqeyindən geri çəkilməyə hazırlaşır və Putin Rusiyasının qəzəbinə tuş gəlmək istəmir.