Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar ertəsi

17 iyul 2023

20:15:41
1380096

Partlayış nəticəsində ölənlər var

Krım körpüsündə partlayış baş verib, nəticədə azı iki nəfər ölüb.

Rus mənbələrinin bildirdiyinə görə, Rusiyanın Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə də ziyan dəyib.

Daha əvvəl Krımının qubernatoru Sergey Aksyonov Teleqram kanalında bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

Krım körpüsünə hücumu Ukrayna Kəşfiyyat Xidmətinin həyata keçirildiyi təxmin edilir.

Bildirilir ki, hücum ölkə donanmasının xüsusi təyinatlıları ilə birgə həyata keçirilib.

Ukrayna Kəşfiyyat Xidmətinin mətbuat katibi Andrey Yusov mətbuata açıqlamasında insidentin səbəbləri barədə fikir bildirməyib, lakin körpünü “lazımsız struktur” kimi təsvir edib. O, həmçinin qeyd edib ki, Rusiyanın üzləşdiyi logistika çətinlikləri Ukrayna müdafiə qüvvələri üçün potensial üstünlüklər yarada bilər.

Bu arada baş verən hadisə rusiyalı siyasətçiləri hiddətləndirib. 

Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov bildirib ki, Zelenski terror rejimi ləğv edilmədən Ukraynanın nazistlərdən təmizlənməsinə nail ola bilməyəcəyik.

Onun sözlərinə görə, Krım körpüsündə baş verənlərdən sonra taxıl sazişi ola bilməz.

Mironov sonra Ukrayna hökumətinə qarşı təhdid dolu bəyanatının davamında deyib: “Kiyev xuntasının infrastrukturlarını məhv etməklə biz əsgərlərimizi və milyonlarla insanın həyatını xilas edəcəyik. Biz bunu etməliyik. Kiyev rəhbərlərinə, onların qərbli ağalarına ciblərini "doldurmağa" kömək edən taxıl sövdələşməsini müzakirə etməməliyik. Bu terror aktından sonra taxıl sövdələşməsi ola bilməz”.

342/