Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 iyul 2023

21:49:27
1379712

İran səfirinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini ilə görüşündə konsulluq məsələləri müzakirə edilib.

İranın Bakıdakı səfiri və Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini ikitərəfli münasibətlərdə, xüsusilə konsulluq sahəsində son hadisələri müzakirə ediblər.

İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Fariz Rzayev ikitərəfli münasibətlərdə, xüsusilə konsulluq sahəsində son hadisələri, Azərbaycan Respublikasında yaşayan iranlıları və bu ölkədəki iranlı məhbusların son vəziyyətini müzakirə edərək iki ölkəni maraqlandıran digər mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

İranın Bakıdakı səfiri bu yaxınlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yeni rəhbəri ilə görüşündə iki ölkənin gömrük orqanları arasında, o cümlədən dörd sərhəd bölgəsində daha sıx əməkdaşlıq prosesini nəzərdən keçirib.

Qeyd edək ki, Azərbaycan Respublikası son illərdə İranla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək istəyən İranın qonşularından biridir.

İran və Azərbaycan Respublikası arasında münasibətlər 28 noyabr 2021-ci ildə Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının  (ECO) sammiti çərçivəsində iki ölkə prezidentlərinin görüşündən sonra yeni sürət qazanıb.

Lakin 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı şəxs tərəfindən şəxsi motivasiya ilə bir nəfərin ölümü və bu səfirliyin iki əməkdaşının yaralanması ilə nəticələnən hücumdan sonra Azərbaycan Respublikası dövləti bu ölkənin Tehrandakı səfirliyinin  fəaliyyətini dayandırıb və diplomatlarını Bakıya qaytarıb.

Əlbətdə, Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu fəaliyyətini davam etdirir.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian da Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün  son Bakı səfəri zamanı iclas çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və  xarici işlər naziri Cihon Bayramovla görüşüb və söhbət edib.

342/