Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 iyul 2023

21:47:55
1379708

“Biz İranın ərazi bütövlüyünə hörmət edirik”

İran İslam Respublikasının Fars körfəzindəki adaları ilə bağlı etirazına cavab verib.

Putinin xüsusi nümayəndəsi Mixail Boqdanov Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə Rusiya xarici işlər nazirinin birgə iclasından sonra açıqlanan yekun bəyanatla bağlı İrandan gələn etirazlara cavab verib və Rusiyanın İranın suverenliyinə hörmət etdiyini vurğulayıb.

O, Rusiya Federasiyasının İranın ərazi bütövlüyünə hörmət edən dost ölkə olduğunu bildirib.

İran İslam Respublikasının Moskvadakı səfiri Kazım Cəlali Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüşüb. Bu görüşdə müxtəlif məsələlər, xüsusilə İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin son vəziyyəti müzakirə edilib. 

Sözü gedən görüşdə Rusiya tərəfi, İranın Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici işlər nazirləri ilə Rusiyanın son birgə iclasından sonra verdiyi bəyanata münasibətdə İranın etdiyi etirazlara cavab olaraq o, Rusiyanın İranın suverenliyi və ərazi bütövlüyünə hörmət edən dost ölkə olduğunu bildirib.

342/