Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 iyul 2023

21:47:21
1379707

Ərdoğan: Putin taxıl müqaviləsinin uzadılmasına razılıq verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Rusiya prezidenti Vladimir Putinin taxıl müqavilənin uzadılmasına razı olduğunu açıqlayıb

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

Bu müqavilənin müddəti ilkin olaraq 120 gün hesab olunurdu, bu müddət ötən ilin noyabrında eyni müddətə uzadılıb. 2023-cü il martın 18-də Rusiya  müqavilənin daha 60 gün uzadıldığını elan etdi.

Ötən ay Rusiya yenidən Qara dəniz taxıl sazişinin müddətinin iki ay uzadılmasına razılıq verib, lakin xəbərdarlıq edib ki, Rusiya gübrələri və taxıllarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə olunmasa, bu təşəbbüs dayandırılacaq.

“Reuters”in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib: Ümid edirik ki, Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə əldə olunan razılaşma iyulun 17-dən uzadılsın.

“Reuters”  cümə axşamı Aİ rəsmisinə istinadən bildirib ki, Avropa Komissiyası, Türkiyə və BMT taxıl sazişini uzatmağa çalışır və bütün mövcud variantları araşdırır.

Rusiya və Ukrayna dünyada iki əsas taxıl istehsal edən ölkələrdir.

342/