Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
şənbə

15 iyul 2023

21:46:55
1379706

Avropa Birliyi Türkiyənin üzvlüyü üzrə müzakirələri rəğbətlə qarşılamayıb

Avropa Birliyinin bəzi rəsmiləri bildiriblər ki, Türkiyə birliyə qoşulmaq üçün uzun-uzadı yol keçməlidir və üzvlük prosesinin təkmilləşməsi asan deyildir!

İsveçin NATO-ya üzvlüyü üstündə bir çox siyasi çəkişmələr və Türkiyənin müxalifətindən sonra nəhayət Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə razılaşdı.

Avropa Birliyinin bəzi üzvləri bu qənaətdədirlər ki, Ərdoğanın birliyə üzvlük müzakirələrinin yenidən başlanması üzrə hazırkı israrı iqtisadi böhranda köklərə malikdir.

Ərdoğan bu böhranı Avropa Birliyinə üzvlüklə həll etməyə çalışsa da, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının hazırkı siyasətləri və hazırkı durumu ilə// birlik bütün qapı-bacaları Türkiyə ilə dialoqun üzünə bağlayıbdır.

Almaniya Ərdoğanın sözlərinə reaksiya verən ilk Avropa ölkəsi oldu və bildirdi ki, Ərdoğanın mövqeləri və İsveçin NATO-ya üzvlüyünü Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə müqayisə etməsi, dəxli olmayan bir məsələdir və bu məsələləri bir-biriləri ilə qarışdırmaq olmaz.

Avropa Parlamentində Türkiyə üzrə məruzəçi Naço Sançes Amor da bir daha Ərdoğan hökumətinin siyasətlərini tənqid etdi və belə dedi: Türkiyə bilməlidir ki, Avropa Birliyinə qoşulmaq üçün heç bir kəsmə yol yoxdur. İstiqamət məlumdur; dəfələrlə dediyimiz kimi, Türkiyə Kopenhagen meyarlarına riayət etməlidir.

İtaliyanın ifratçı-sağçı baş naziri Corca Meloni də deyibdir ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsi hal-hazırda prioritet deyil və gündəmdə durmur və bu ölkə hələ də Avropa Birliyindən çox uzaqdır.