Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Sahartv
cümə

14 iyul 2023

17:27:10
1379421

Ukraynanın kasset bombaları ilə mübarizə aparacağıq

Rusiya prezidentinin sözçüsü Qərbin Ukraynaya təhlükəsizlik zəmanətlərini yanlış adlandırıb. Deyib ki, zəmanətlər Rusiyanın təhlükəsizliyinə təcavüz olub, Avropanı daha təhlükəli bir məkana çevirəcək.

Dmitri Peskov Qərb tərəfindən Ukraynaya bomba və sursatların hər hansı təqdimi və onlardan müharibə meydanında istifadə barədə bir daha xəbərdarlıq edib.

Peskov təhlükəsizlik zəmanətləri haqda belə söyləyib: Bu hərəkət bir səhvdir və ehtimal üzrə son dərəcə təhlükəlidir, zira Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi, təhlükəsizlik sahəsindəki beynəlxalq prinsipləri təsirli surətdə görməməzliyə vuracaq. Bundan başqa, Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi, Rusiyanın təhlükəsizliyinə təcavüz sayılır. Bu məsələ mümkünsüzdür. Bu, yaxın və uzaq perspektivdə mənfi insani nəticələrə gətirib çıxaracaq.

Peskov Kremldə keçirdiyi mətbuat konfransında həmçinin xəbərdarlıq edib ki: Əgər Ukrayna kasset bombalardan istifadə edərsə, cavab tədbirləri görəcəyik.

O, Litvada keçirilən NATO sammitinin nəticələri barədə belə deyib: Qərbin Ukraynaya təhlükəsizlik zəmanətləri Avropanı daha təhlükəli bir məkana çevirəcək.

Kremlin sözçüsü məsələyə belə aydınlıq gətirib: NATO, səbatsızlıq və təcavüzçülük gətirən hücumçu bir alyansdır. Ukraynaya hər hansı təhlükəsizlik zəmanətinin verilməsi, olduqca yanlış və təhlükəli bir hərəkətdir. Kiyevə kasset sursatlarının təqdimi də müharibə meydanının vəziyyətini dəyişəcək və Rusiyanı cavab tədbirləri görməyə məcbur edəcək.

Peskov Rusiya prezidenti Vladimir Putinin Çinə ehtimal edilən səfəri barədəki sualın cavabında da bildiribdir ki: Bu səfər gündəmdə durur və onun tarixi razılaşdırılmalıdır.

O, bu haqda əlavə edib: Putinin Çinə olacaq səfərində, müzakirələrin istiqamətləri ilk növbədə, ticari və iqtisadi əməkdaşlıqlar və dünyanın durumu olacaq. Rusiya və Çinin həmkarlığı üçüncü ölkələrə qarşı olmayıb və olmayacaqdır da. Bu əlaqələr regiona sülh və sabitlik gətirəcək.

342/