Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 iyul 2023

16:20:00
1379040

İmam Xamenei: Ruhanilər mərəkənin ortasında olmalıdır / Müasir və effektiv təbliğatın əhəmiyyəti

Həzrət Ayətullah Xamenei cihadçı və çalışqançı ruhiyyəni təsirli təbliğat üçün zərurət hesab edərək bildiriblər: “Cihad ruhiyyəsi olmasa, təbliğatın arenasını və ya davranışını dərk etməkdə səhvlər olacaq, lakin mübarizə elementi elmi işlərlə yanaşı, təbliğatın effektivliyinə zəmanət verir.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün səhər İranın müxtəlif şəhər və rayonlarından gəlmiş Elmi Hövzələrin nufuzlu şəxsləri, tələbələri, ilahiyyatçıları və dini mübəlliğlərlə keçirdiyi görüşdə dinin təbliğini və dini məqsədləri Elmi Hövzələrin ən mühüm vəzifəsi adlandırıb və təsirli müasir təlim vasitələrinə yəni aqressiv mövqe tutmaq və cihad ruhuna sahib olmaq üçün auditoriyanı tanımaq, qlobal təbliğ səhnəsinin əsl makiyajını bilməyin zəruriliyinə toxunaraq vurğuladılar:

 “Elmi Hövzənin nəzərində təbliğat ilkin yerdə dayanmalı və gənc nəsil ölkənin gələcəyinin sahibləri və qurucuları kimi kreativ təbliğin diqqət mərkəzində olmalaraq yeni üsul və vasitələrə arxalanmalıdır.”

Həzrət Ayətullah Xamenei Məhərrəm və Səfər ayları ərəfəsində keçirilən bu görüşdə ölkənin tədqiqata əsaslanan təbliğat işlərinə ehtiyacını indiki fəaliyyətlərdən qat-qat artıq hesab edərək, Qurani-Kərimin təbliğat və onun ölçü və incəlikləri haqqında çoxsaylı ayələrinə istinad edərək, bildiriblər:

“Allahın dini xalq kütlələri səviyyəsində yalnız düzgün təbliğat metodları ilə həyata keçirilə bilər.”

İmam xamenei həzrətləri, Elmi Hövzələrin və böyük alimlərin uzun illərdən bəri davam edən ən-ənəvi təbliğat metodlarının əhəmiyyətinə toxunaraq əlavə ediblər:

“İslam Cümhuriyyəti qurulandan sonra Elmi Hövzələrin vəzifələri arasında təbliğin üstünlüyü və prioriteti ikiqat artmışdır, çünki İlahi Dinə əsaslanan siyasi ordunun qurulması imperialistlərin və təkəbbürlü qüvvələrin İslama qarşı düşmənçiliyini daha da artırmışdır.”

İnqilab rəhbəri xalqın imanını İslam quruluşunun sabitliyinin əsası adlandırıb və buyurublar:

“Sistemin saxlanması və faktiki olaraq insanların imanını qoruyub saxlanması məcburi bir vəzifə və şərtdir, halbuki indiki dövrdə elmə əsaslanan hər cür üsul və alətlərin, o cümlədən internet və süni intellektin yayılması (bir simvol olaraq İnternetdən sonrakı mərhələ) ilə təbliğat çox inkişaf etmişdir. Ona görə də sağlam düşüncə bunu diktə edir ki, biz düşmən təbliğatının qanlı qılıncları qarşısında təbliğatı birinci prioritet hesab etməliyik.”

Həzrət Ayətullah Xamenei Qərbdə təbliğat aparatlarının yayılması ilə yanaşı, mesajın inandırıcı olması üsullarında irəliləyişi günümüzün reallıqlarından biri adlandırıb və əlavə ediblər: “Müxtəlif elmlərdən, o cümlədən psixologiyadan istifadə edən qərblilər 100% yalan mesajları izləyicilərin beyninə həqiqət kimi yerləşdirirlər.”

Ümüdünya Müsəlmanların Ali Lideri xəbərdarlıq edərək bildiriblər:

“Təbliğat məsələsində yeni inkişaflar qarşısında laqeydlik və süstlük nümayiş etdirsək, mədəni metamorfozdan əziyyət çəkəcəyik və Qərb kimi, asanlıqla təsəvvürü belə mümkün olmayan və tövbəsi bu asanlıqla ələ gəlməyən böyük günahlara aludə olmağa tərəf addım-addım gedəcəyik. İmamın dəfələrlə qeyd etdiyi kimi, əgər İranda İslama şillə vurulsa, onun təsiri illərlə qalacaq və bu tezliklə aradan getməyəcəkdir.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!