Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə

12 iyul 2023

14:30:00
1379038

Rusiya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

Bu səhər Rusiya Federasiyasının səfiri Fars Körfəzinin baş direktoru tərəfindən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb, Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurası xarici işlər nazirləri arasında strateji danışıqların yekun bəyanatında yer alan məzmunlara İranın etirazları Rusiya Federasiyasının İrandakı səfirinə çatdırılıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən,Rusiya və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlərin xarici işlər nazirləri arasında İranın üç adası Əbu Musa, Böyük Tonb və Kiçik Tonbla bağlı strateji danışıqların altıncı raundunun yekun bəyanatında yer alan məzmundan sonra, bu gün səhər Rusiya Federasiyasının Tehrandakı səfiri Fars Körfəzinin baş direktoru və nazir köməkçisi Əli Rza İnayəti tərəfindən İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tehranın yuxarıda qeyd olunan bəyanatın məzmununa etirazları Rusiya Federasiyasının ölkəmizdəki səfirinə çatdırılıb.

Bu görüşdə nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Fars körfəzinin baş direktoru İranın üç adası Əbu Musanın, Böyük Tonb və Kiçik Tonbun əbədi mənsubiyyətini vurğulayaraq, Rusiya Federasiyasının bu məsələdə ölkəmizə qarşı mövqeyini düzəltməyə çağırıb.

Rusiyanın İran İslam Respublikasındakı səfiri ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayaraq, məsələni ən qısa zamanda Moskvaya çatdıracağını bildirib.

Qeyd edək ki, bazar ertəsi Moskvada Omanın xarici işlər naziri və Əməkdaşlıq Şurasının baş katibinin iştirakı ilə Rusiya ilə Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoq görüşü keçirilib.

Bu görüşdən sonra Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiya birgə bəyanat yayıb. Bəyanatın bir hissəsində İranın üç adası ilə bağlı təkrar iddialar bir daha gündəmə gətirilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!