Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

11 iyul 2023

19:57:41
1378879

Türkiyə İsveçə YAŞIL İŞIQ yandırdı

NATO-nun (Şimali Atlantika Müqaviləsi Təşkilatı) baş katibi iddia edib ki, Türkiyə ilkin olaraq İsveçin hərbi alyansa qoşulmasına dəstək verməyə razılaşıb.

İsveç də Finlandiya kimi aylar əvvəl NATO-ya üzv olmaq istəyirdi, lakin bu tələbin reallaşması üçün Türkiyə də daxil olmaqla bu hərbi təşkilatın bütün üzvlərinin müsbət səs verməsi lazım idi.

Finlandiya 2023-cü ilin aprelində NATO-ya üzv olub, lakin  Kürdüstan Fəhlə Partiyasını (PKK) terrorçu və separatçı hesab edən Ankara Stokholmun tələbinin qəbulunu bu partiyanın və onun tərəfdarlarının İsveçdəki hərəkətlərinin qarşısının alınması ilə şərtləndirib.

Bununla bağlı Türkiyə rəsmiləri İsveçin Ankaranı qane edəcək vədlərini yetərli saymayıb.

CNN-in məlumatına görə, NATO-nun Baş katibi Yens Stoltenberq Litvanın paytaxtı Vilnüsdə Türkiyə Prezidenti və İsveç Baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib: Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda parlamentə göndərilməsinə razılıq verib.

NATO-nun baş katibi Ərdoğanın sənədi Türkiyə parlamentinə nə vaxt aparacağı ilə bağlı  konkret vaxt təqdim etməyib.

“CNN ” kanalı qeyd edib ki, Türkiyə parlamenti bu həftə yay tətilinə getdiyi üçün sənəd, çox güman ki, payız sessiyasında təsdiqlənəcək.

Stokholmdan çoxsaylı tələblərə əlavə olaraq, Ərdoğan əvvəllər İsveçin yalnız Türkiyənin Avropa İttifaqına üzvlüyünə zəmin yaratmaq müqabilində NATO-ya üzv ola biləcəyini təklif etmişdi.

NATO-nun Baş katibi bildirib ki Qərara əsasən, İsveç Gömrük İttifaqının yenilənməsi və vizanın liberallaşdırılması da daxil olmaqla Türkiyənin Aİ-yə üzvlük prosesini fəal şəkildə dəstəkləyəcək.

342/