Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

11 iyul 2023

19:56:48
1378877

İran və Azərbaycan rəsmiləri görüşəcək

Yaxın günlərdə İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq.

Yaxın günlərdə İranla Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin görüşü olacaq.

Azərbaycan KIV-i xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüş İranın Astara şəhərində keçiriləcək: "Bir sıra məsələlər, o cümlədən nəqliyyat, su resurslarının birgə istifadəsi ilə bağlı danışıqlar aparılacaq".

Qeyd edək ,İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani son günlər jurnalistlərlə keçirdiyi brifinqdə İran-Azərbaycan diplomatik əlaqələrinin  gedişatı haqda  bildirib ki, " Cənab Əmir Abdullahianın Azərbaycan Respublikasının prezidenti və eləcə də Azərbaycan Respublikasının xarici işlər naziri ilə yaxşı və səmərəli görüşləri olub"

Kənani, əlavə edib ki, "  İranla Azərbaycan arasında münasibətlərdə çox müsbət atmosferi görürük" və " Azərbaycan səfirliyinin yenidən açılması üçün bütün şərait hazırdır. Azərbaycan səfirliyinin təhlükəsizliyi ən yüksək həddə təmin ediləcək"

342/