Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

11 iyul 2023

19:56:26
1378876

İran parlamentinin Asiya Parlamentlər Assambleyasına üzv ölkələrlə parlament əlaqələrinin genişləndirilməsi vurğulanıb.

İran İslam şura məclisinin sədri Asiya Parlament Assambleyasının büdcə komitəsi çərçivəsində Ərəb Parlamentinin sədri ilə görüşündə bu məclisə üzv ölkələrlə parlament əlaqələrinin genişləndirilməsinə təkid edib.

İRNA xəbər verir, İran İslam şura məclisinin sədri  Məhəmməd Baqir Qalibaf Asiya Parlament Assambleyasının büdcə komitəsi çərçivəsində Ərəb Parlamentinin sədri Adel  Əl-Asumi ilə görüşüb və söhbət edib.

Ərəb Parlamentinin sədri bu görüşdə Tehrana ilk dəfə səfər etdiyini qeyd edərək, ümidvar olduğunu bildirib ki, bu görüşlər xalqlara xidmətə yönələcək və ölkələrin maraqlarının reallaşmasına uyğun olacaq.

İran İslam şura məclisinin sədri bu görüşdə İran İslam şura məclisi ilə Asiya Parlament Assambleyasına üzv ölkələr, eləcə də Ərəb Parlamenti arasında parlament əlaqələrinin genişləndirilməsinə təkid edib.

Fələstin Milli Şurasının nümayəndə heyətinin rəhbəri də ran İslam şura məclisinin sədri  ilə görüşüb və söhbət edib.

Bu görüşdə Məhəmməd Baqir Qalibaf və Fələstin Milli Şurasının sədr müavini Əli Feysəl iki ölkənin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini vurğuladılar.

Bu gün Tehranda Asiya Parlament Assambleyasının Büdcə və Planlaşdırma Daimi Komitəsinin, eləcə də Asiya Parlamentlər Assambleyasının Əsas Sənədlər üzrə İşçi Qrupunun 20 ölkənin iştirakı ilə illik sessiyası işə başlayıb.

342/