Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

11 iyul 2023

19:56:03
1378875

Kənani: Fars körfəzindəki üç ada əbədi olaraq İrana məxsusdur”

İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın üç adası Əbu Musa, Kiçik Tunb və Böyük Tunb ilə bağlı Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiyanın birgə bəyanatını rədd edərəkvə deyib: Bu üç ada əbədi olaraq İrana məxsusdur.

Bazar ertəsi Moskvada Omanın xarici işlər naziri və Əməkdaşlıq Şurasının baş katibinin iştirakı ilə , Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoq görüşü keçirilib.

Bu görüşdən sonra Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiya birgə bəyanat yayıb. Bu bəyanatın bir hissəsində İranın üç adası ilə bağlı təkrar iddialar bir daha səsləndirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu barədə deyib ki, bu cür bəyanatların verilməsi İranla qonşuları arasında dostluq münasibətlərinə ziddir.

Kənani əlavə edib: İran İslam Respublikası regionun inkişafı və sabitliyini region ölkələrinin kollektiv məsuliyyəti hesab edir və qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini vurğulayır.

Qeyd edək ki, mötəbər beynəlxalq sənədlər Fars körfəzindəki Əbu Musa, Kiçik Tunb və Böyük Tunb adlanan üç adanın İrana aid olduğunu sübut edir. Məsələn, 1881-ci il Britaniya Hərbi Dəniz Qüvvələrinin xəritəsində, 1863-cü il Britaniya Dəniz İşləri Nazirliyinin xəritəsində və 1886-cı il Britaniya Hərbi İdarəsinin İran xəritəsində bu adalar İran ərazisinin rənginə boyanmış, İranın bu adalar üzərində suverenliyini göstərir.


342/