Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 iyul 2023

18:11:00
1378773

Gürcüstanın Marneoli şəhərində Vilayət və İmamət Bayramı olan Böyük Qədir Xum bayramı qeyd edilib - Foto

Bu mərasimdə Türkiyədən və Rusiyadan din xadimləri, elm xadimləri, alim və qonaqlar, müsəlmanlar və Əhli-beyt (əleyhimus-səlam) aşiqləri iştirak etmiş, bir sıra şəxsiyyətlər və qonaqlar Qədir-Xum bayramı ilə bağlı Həzrət Əlinin (əleyhissalam) fəzilətləri barədə çıxışlar etmişlər.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, Eydullahi Əkbər, İmamət və Vilayət Bayramı olan Qədir Xum Bayramı münasibətilə Gürcüstanın Əhli-Beyt Mərkəzi və Gürcüstanın Marneoli şəhərinin İmam Əli (ə) və İmam Hüseyn (ə) Məscidləri tərəfindən möhtəşəm mərasim keçirilib.

Bu mərasimdə Türkiyədən və Rusiyadan din xadimləri, elm xadimləri, alim və qonaqlar, müsəlmanlar və Əhli-beyt (əleyhimus-səlam) aşiqləri iştirak etmiş, bir sıra şəxsiyyətlər və qonaqlar Qədir-Xum bayramı ilə bağlı Həzrət Əlinin (əleyhissalam) fəzilətləri barədə çıxışlar etmişlər.

Həmçinin mərasimdə iştirak edən məddahlar məsum imamların və xüsusilə Əmirəlmöminin Əli ibn Əbu Talibin (əleyhiməs salam) mədhinə şeirlər oxumuş və surudlar ifa etmişlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!