Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 iyul 2023

17:30:00
1378758

İran İslam Respublikasının XİN Spikeri cənab Kənaninin Araş neft-qaz yatağı ilə bağlı qaldırılan məsələlərə reaksiyası

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Küveyt də daxil olmaqla bütün qonşularla ümumi maraqlar və mehriban qonşuluq prinsipini nəzərə alaraq dəniz sərhədlərinin delimitasiyası və ümumi karbohidrogen ehtiyatlarının istismarı ilə bağlı məsələlər İranı həmişə maraqlandırıb.”

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Araş neft-qaz yatağı ilə bağlı sərsəm müzakirələrə cavab olaraq deyib:

“Bu məsələ dəniz sərhədlərinin delimitasiyası ilə yanaşı, İran və Küveytin müzakirə etdiyi mövzulardan biri olub və bununla bağlı hüquqi və texniki danışıqların sonuncu raundu 13 mart 2023-ci ildə, Tehranda, İran və Küveyt nümayəndə heyətləri arasında hər iki tərəfin xarici işlər nazirliklərinin yüksək səviyyəli menecerləri səviyyəsində keçirilib.”

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib:

 “Küveyt də daxil olmaqla bütün qonşularla ümumi maraqlar və mehriban qonşuluq prinsipi nəzərə alınmaqla dəniz sərhədlərinin delimitasiyası və ümumi karbohidrogen ehtiyatlarının istismarı ilə bağlı məsələlər İran İslam Respublikasını həmişə narahat edib.”

Kənani sonda vurğulayıb:

 “13-cü hökumətin siyasəti dialoq, əməkdaşlıq və tərəfdaşlıq üzərində qurulub və fimabeyn-ikitərəfl məsələlər bu çərçivədə davam etdiriləcək.”

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!