Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
çərşənbə axşamı

11 iyul 2023

16:30:00
1378755

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Moskvada dərc olunan anti-İran bəyanatında son iddiaları rədd edərək deyib: Üç ada əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatların verilməsi İran və onun qonşuları arasında dostluq münasibətlərinə ziddir.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir, Kənani Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri ilə Rusiyanın üç İran adası ilə bağlı birgə qəbul etdikləri bəyanatın məzmununu rədd edərək deyib:

 “Bu adalar əbədi olaraq İrana məxsusdur və bu cür bəyanatların verilməsi İran və onun qonşuları arasında dostluq münasibətlərinə ziddir.”

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib:

 “İran İslam Respublikası mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinin davam etdirilməsini vurğulayaraq, regionun inkişafı və sabitliyini region ölkələrinin kollektiv məsuliyyəti hesab edir.”

Qeyd edək ki, dünən, bazar ertəsi Moskvada Omanın xarici işlər naziri və Əməkdaşlıq Şurasının baş katibinin iştirakı ilə Rusiya ilə Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri arasında strateji dialoq görüşü keçirilib.

Bu görüşdən sonra Fars Körfəzi Əməkdaşlıq Şurası və Rusiya birgə bəyanat yayıb. Bu bəyanatın bir hissəsində İranın üç adası ilə bağlı təkrar qondarma iddialar bir daha gündəmə gətirilib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!