Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi
bazar ertəsi

10 iyul 2023

15:00:00
1378526

İngiltərə Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İİR Xarici İşlər Nazirliyinə çağırılıb

“Qocaman tülkü” ləqəbi ilə məşhur olan İngiltərənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Londonun dağıdıcı və müdaxilə xarakterli hərəkətlərinə və bəyanatlarına cavab olaraq İngiltərə səfirinin iştirakı olmadan İİR Xarici İşlər Nazirliyinə çağırılıb.

Əhli-Beyt (əleyhimus səlam) Xəbər Agentliyi – ABNA-nın verdiyi məlumata əsasən, İngiltərənin İran İslam Respublikasına davam edən dağıdıcı və müdaxiləçi hərəkətlərinə və bəyanatlarına cavab olaraq, Qərbi Avropanın baş direktoru tərəfindən Britaniyanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili xanım Elizabet Marş Xarici İşlər Nazirliyinə çağırılıb.

Qərbi Avropanın baş direktoru Britaniya hakimiyyətinin bəyanat və mövqelərini, eləcə də bu rejimin İrana qarşı son sanksiyalarını qeyri-qanuni və müdaxiləçi hərəkət kimi qiymətləndirib və bunu qəti şəkildə pisləyib.

O əlavə edib: “İran xalqı Britaniyada yerləşən düşmən mediasının İran xalqına qarşı zorakılığın təbliğindəki rolunu unutmamışdır. İngiltərənin bütün bunlara cavab vermək əvəzinə ittiham prosesini davam etdirməsi təəccüblüdür.”

Qərbi Avropanın baş direktoru deyib:

  “Biz Britaniya hakimiyyət orqanlarına keçmiş təcrübələrə nəzər salaraq, sionist rejim və terrorçu qrupların məlum tələlərinə düşməməyi tövsiyə edirik.”

Qərbi Avropanın baş direktoru deyib:

 “İngiltərənin dağıdıcı yanaşmasının davam etdirməsi qəbuledilməzdir. O, mütləq buna cavam olaraq İran İslam Respublikasının mütənasib və təsirli tədbiri ilə üzləşəcək.”

Britaniya Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili vəziyyəti ölkəsinə çatdıracağını bildirib.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!