Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
bazar

9 iyul 2023

20:34:19
1378324

Kənani: Vaşinqtonun qətiyyəti Ukraynada müharibəni davam etdirb mürəkkəbləşdirməkdir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü : ABŞ-ın Ukraynaya kaset bombaları göndərmək qərarı Vaşinqtonun Ukraynadakı müharibəni davam etdirmək və mürəkkəbləşdirmək əzmini göstərir.

Amerika kaset bombalarının Ukraynaya göndərilməsinin elanından sonra Vaşinqtonun bu hərəkəti beynəlxalq müxalifət və reaksiyalarla müşayiət olundu.

Pentaqonun siyasi məsələlər üzrə müavini Kolin Koul ABŞ-ın Ukraynaya kaset bombaları da daxil olmaqla 800 milyon dollarlıq yeni hərbi paket göndərdiyini açıqlayaraq Vaşinqtonun ən müasir kaset bombalarını Kiyevə verdiyini bildirib.

Avropa və Qərb ölkələri, xüsusən də ABŞ Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirərək, Kiyevə hər cür yüngül və ağır silahlar verməklə, Ukraynada müharibənin sona çatması istiqamətində nəinki addım atmayıb,bəlkədə bu ölkədə münaqişələri alovlandırıblar.

Rusiya rəsmiləri, bəzi Qərb ekspertləri və mediası Ukraynadakı müharibəni Qərblə Rusiya arasında Proksi-savaş (vəkalət savaşı )kimi qiymətləndirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın Ukraynaya kaset bombaları göndərmək qərarına reaksiya olaraq öz internet səhifəsində yazıb: Bu Amerikanın sabitliyi pozan hərəkətlərinə, eləcə də daha çox qətl və dağıntılara səbəb olan silahların ixracına daha bir nümunədir.

342/