Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
şənbə

8 iyul 2023

21:01:43
1378025

Ruhullah Mütəfəkkir-Azad: Belə bir axmaqlıq sionistlərlə oturub-durmağın nəticəsidir

Təbriz, Üskü və Azərşəhr şəhərlərinin İran parlamenti – İslam Şurası Məclisindəki nümayəndəsi Ruhullah Mütəfəkkir-Azad Azərbaycan Respublikası Milli Məclisinin üzvü Razi Nurullayev və Naqif Həmzəyevi terrorizmi dəstəkləməkdə ittiham edib.

O, bu barədə özünün Tvitter hesabında yazıb: “Azərbaycan Respublikası parlamentinin iki deputatının terror qruplaşması olan Münafiqlərin iclasında həyasızcasına iştirakı terrora açıq dəstəkdir. Avropa və amerikalıların münafiqlərə dəstək verməkdən çəkindiyi bir vaxtda bu millət vəkillərinin belə bir axmaqlığı sionistlərlə oturub-durmağın nəticəsidir”.

İran parlamentinin İslam İnqilabı Fraksiyasının üzvü həmçinin qeyd edib ki, Fransanın münafiqlərin toplanmasına ev sahibliyi etməsi və onlara dəstək verməsi siyasi və hüquqi nəticələrə səbəb olacaq.

Qeyd edək ki, terrorçuların bundan əvvəlki konfransında Azərbaycan Respublikası Milli Məclisinin üzvü, hakim partiyanın müttəfiqi olan Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı video-format şəklində iştirak etmişdi.

Sabir Rüstəmxanlı həmin çıxışda İran İslam Respublikasının rəhbərlərinə qarşı sərt ittihamlar səsləndirib və təmsil etdiyi təşkilat adından terrorçu qruplaşmanın başçılarına böyük dəstək nümayiş etdirib.

DAK-ın həmsədri həmçinin Bakıda oturduğu ofisində onun yanında “Xalq Mücahidləri Təşkilatı” üzvlərinin olduğuna işarə edərək, Azərbaycan Respublikasında onların sayının çox oludğunu etiraf etmişdi.

“Xalq Mücahidləri Təşkilatı” və ya münafiqlər qruplaşması İranda İslam İnqilabının qələbəsinin ilk günlərindən İran xalqı və dövlət rəsmilərinə qarşı davamlı olaraq saysız-hesabsız terror aktları törətmişdir.

342/