Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
şənbə

8 iyul 2023

21:00:25
1378022

“İrana qarşı təxribatda ərazimizdən istifadə edilə bilməz”

İran hökumətinə müxalif olan Münafiqlər və ya “Xalq Mücahidləri Təşkilatı”nın Albaniya torpağından Tehrana qarşı mübarizə üçün istifadə etmək hüququ yoxdur.

 Bu sözləri Albaniyanın baş naziri Edi Rama müsahibəsində deyib.

O, terror təşkilatının Albaniya hökuməti ilə bağladığı anlaşmanı pozduğunu, bu ölkədən İrana qarşı təxribat mərkəzi kimi faydalandıqlarını və bununla da xəyanət etdiklərini söyləyib.

Qeyd edək ki, uzun illər ərzində İraqda məskunlaşan Münafiqlər İraqda Səddam rejimi devrildikdən sonra Vaşinqtonla Albaniya hökuməti arasında razılaşma nəticəsində bu ölkənin ərazisinə köçürülüb.

İyunun 20-də isə Albaniya polisi Manez şəhərində yerləşən Münafilqlərin qərargahına basqın edib. Basqın zamanı təşkilatın bir üzvü ölüb, 100 nəfər bibər qazından zəhərlənib və 70 nəfər həbs edilib.

342/