Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

5 iyul 2023

18:23:11
1377459

İran, Rusiya və Azərbaycan Respublikası arasında tranzit sazişi araşdırılıb

Rusiya prezidentinin köməkçisi ilə İran xarici işlər naziri arasında keçirilən görüşdə Rəşt-Astara dəmir yolu tikintisi layihəsinin son vəziyyəti və İran, Rusiya və Azərbaycan Respublikası arasında üçtərəfli tranzit sazişi nəzərdən keçirilib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və Rusiya prezidentinin köməkçisi İqor Levitin arasında keçirilən görüşdə Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə bağlı son vəziyyət və davam edən tədbirlər, o cümlədən İran, Rusiya və Azərbaycan Respublikası arasında üçtərəfli tranzit memorandumu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Əmir Abdullahian İran və Rusiya münasibətlərini müsbət və təsirli adlandırıb.

Rusiya prezidentinin köməkçisi də İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması münasibətilə təbrik edib.

Qeyd edək Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin iyulun 4-də Tehrana səfəri çərçivəsində  Xarici İşlər Nazirliyində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb

342/