Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

5 iyul 2023

18:22:47
1377458

Qoşulmama hərəkatı çoxtərəfliliyi gücləndirmək üçün xüsusi imkanlara malikdir ـ Əmir-Abdullahian

İranın xarici işlər naziri Qoşulmama hərəkatını yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyin və ümumi düşüncənin gücləndirilməsində xüsusi qabiliyyət hesab edib.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün dünən axşam (çərşənbə axşamı) Azərbaycana səfər edib.

Bununla bağlı İranın xarici işlər naziri Əmir-Abdullahian çərşənbə axşamı gecəsi öz "Twitter" səhifəsində yazıb:

“ Üzv ölkələrin müxtəlifliyinə görə, Qoşulmama Hərəkatı yeni qlobal çağırışların həlli üçün çoxtərəfliliyi və ümumi düşüncəni gücləndirmək üçün xüsusi imkanlara malikdir.

Həmçinin, bu səfər regionda qonşuluq siyasətini izləmək və inkişaf etdirmək üçün bir fürsət olacaq”.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

342/