Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə

5 iyul 2023

18:22:15
1377457

Əmir-Abdullahian Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb

İran İslam Respublikasının xarici işlər naziri Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb və söhbət edib .

Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası çərçivəsində İranın xarici işlər naziri Hüseyn  Əmir-Abdullahian Bu gün (5 iyul) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşərək Tehran və Bakı arasında əlaqələrin möhkəmləndirilməsi və regional məsələləri müzakirə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.

Fələstin, Suriya, Özbəkistan, Uqanda, Türkiyə, Somali, Banqladeş, Burkina Faso, Efiopiya, İndoneziya, Tunis, Cənubi Afrika Respublikası, Hindistan və Azərbaycan xarici işlər nazirləri  və müavinləri ilə görüş İranın xarici işlər nazirinin bu gün gündəmindədir.

Qoşulmama Hərəkatı soyuq müharibənin qızğın çağında, 1961-ci ildə Yuqoslaviyanın paytaxtı Belqradda yaradılmış beynəlxalq bir təşkilatdır. Hazırda bu hərəkatla bağlı 120 rəsmi üzv və 21 üzv olmayan müşahidəçi dövlət var.

342/