Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

4 iyul 2023

20:36:57
1377191

İsrail kəşfiyyatı Türkiyədə yaşayan əcnəbiləri izləyir

Sionist rejimin kəşfiyyat orqanı Türkiyəni hədəfə alıb.

Bu barədə Türkiyənin “A Haber” telekanalı məlumat yayıb.

Bildirilir ki, Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) MOSSAD agentlərinin respublikada yaşayan əcnəbilər haqqında kəşfiyyat məlumatı əldə etmək üçün uzaqdan onlayn marşrutlaşdırma üsullarından istifadə etdiyini müəyyən edib. Onlar CPS cihazları ilə nəqliyyat vasitələrinin hərəkətini izləyib, qacetlərini vayfay şəbəkələrinə qoşmaqla əcnəbilərin Türkiyədə yaşadıqları yerləri müəyyənləşdiriblər.

Qeyd edək ki, işğalçı rejimin kəşfiyyatı MOSSAD Azərbaycan Respublikasını da öz poliqonuna çevirib və hətta bu ölkə vətəndaşlarının şəxsi həyatına müdaxilə edir.

342/