Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : Parstoday
çərşənbə axşamı

4 iyul 2023

20:36:38
1377190

Ərdoğan: Fransada etirazların kökündə müstəmləkəçilik və irqçilik dayanır

Türkiyə prezidenti Fransadakı hazırkı etirazları bu ölkənin müstəmləkəçi keçmişi və sistematik irqçilik ilə əlaqələndirib.

"TRT" kanalının məlumatına görə,  Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışda deyib: "Fransada başlayan hadisələrin kökündə müstəmləkəçilik dayanır. Müstəmləkə keçmişi ilə tanınan ölkələrdə mədəni irqçilik sistematik irqçiliyə çevrilib. Tarix göstərib, kim külək əkərsə, tufan biçər".

Ərdoğan zorakılığı gərginliyin davam etməsinin amili kimi dəyərləndirib və Fransada baş verən son hadisələrin daha çox qan tökülmədən və zorakılığın pisləşməsindən əvvəl mümkün qədər tez sona çatacağına və Fransa hakimiyyətinin bu sosial narazılıq partlayışından dərs çıxaracağına ümidvarlıq edib.

Qeyd edək ki, iyunun 27-də Fransa vətəndaşı olan 17 yaşlı əlcəzair əsilli Nael Mərzuqun polis zabiti tərəfindən güllələnməsi xalqın qəzəbinə səbəb olub. Beləki hazırda Fransa geniş toqquşmalar və zorakılığın şahididir. Minlərlə etirazçı həbs edilib. Fransada baş verən hadisələr dünya mediasının xəbər manşetinə çevrilib. 

342/